OPEC: yeni addımlar hasilatın dondurulmasından sonra müzakirəyə çıxarılacaq
23 Fevral 2016 09:42 DünyaNeft bazarında vəziyyətin sabitləşməsinə dair yeni addımlar hasilatın dondurulmasından 3-4 ay sonra müzakirəyə çıxarılacaq.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu OPEC-in baş katibi Abdulla Əl-Bədri bəyan edib."Neft istehsal edən ölkələr tərəfindən neft hasilatının dondurulması ilk addımdır. Əgər bu alınsa, yaxın gələcəkdə digər addımlar da atılacaq. Gəlin hələ ki, sadəcə hasilatı donduraq, 3-4 ay ərzində razılaşdığımız qərarlara əməl edək, sonra baxarıq", deyə Əl-Bədri bildirib.Qeyd edək ki, hazırda OPEC ABŞ istisna olmaqla kartelə daxil olan neft istehsal edən ölkələrdə hasilatın yanvar ayı səviyyəsində dondurulmasına dair danışıqlar aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00