Pan Gi Mun Suriyada atəşkəsi dəstəkləyib

BMT-nin baş katibi Pan Gi Mun Suriyada fevralın 27-dən atəşkəs rejimini dəstəkləyib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.Baş katibin sözlərinə görə, əgər sazişə əməl olunsa, "bu BMT Təhlükəsizlik Şurasının 2254 qətnaməsinin yerinə yetirilməsi istiqamətində irəliyə doğru mühüm addım olacaq".Xatırladaq ki, bu gün Rusiya və ABŞ Suriyada atəşkəs rejimi üzrə saziş layihəsini imzalayıblar. Sənədə əsasən Suriyada atəşkəs rejimi fevralın 27-dən qüvvədə olacaq. Sazişdən İŞİD və "Cəbhət ən-Nüsra" terror təşkilatlarının adları çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00