Putin Suriya ilə bağlı xüsusi bəyanat verdi

Rusiya prezidenti Vladimir Putin Suriyadakı hərbi əməliyyatlarla bağlı xüsusi bəyanatla çıxış edib.

Virtualaz.org "Russia Today" agentliyinə istinadən bildirir ki, bəyanatın mətnində deyilir:

"Danışıqları aparmaqda məsul şəxslərimiz bir neçə qapalı danışıqlar raundu keçiriblər. Nəhayət, vacib, konkret nəticə əldə etmək mümkün olub. 27 fevral 2016-cı il tarixində gecə yarısından etibarən Suriyadakı hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunub".

Putin qeyd edib ki, Suriyada bütün döyüşən tərəflər göstərilən vaxta kimi Moskvaya və Vaşinqtona bu razılığa tərəfdar olduqlarını bildirməlidirlər. Razılıq bildirmiş təşkilatlara qarşı Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin və ABŞ-ın başçılığı altında koalisiya aviasiyasının hücumları dayandırılacaq. Eyni zamanda, Rusiya dövlət başçısı vurğulayıb ki, İŞİD, "Cebhat ən-Nüsra" və digər terror təşkilatlarına qarşı əməliyyatlar davam etdiriləcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00