İraq ordusundan əks-hücum: 46 İŞİD-çi öldürüldü
22 Fevral 2016 18:44 Dünyaİraq ordusu Ər-Ramadi şəhəri yaxınlığında İŞİD terrorçularının hücumuna məruz qalıb. Xarici media xəbər verir ki, bununla bağlı İraq ordusunun komandiri İsmail əl-Maxlaui məlumat verib. Onun sözlərinə görə, hücumu dəf edən İraq ordusu hərəkətə keçib və 46 terrorçunu zərərsizləşdirib. Əl-Maxlaui qeyd edib ki, hadisə zamanı şəhərin şərq hissəsi terrorçulardan tamamilə təmizlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00