Kürdlər Suriya torpaqlarını pulla alırlar

ABŞ-ın Suriyada hərbi yardım etdiyi silahlı qruplar öz aralarında döyüşür. Axar.az bildirir ki, bu barədə Sultan Murad diviziyasının komandiri Əhməd Osman məlumat verib. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən dəstəklənən diviziya komandiri kürdlərin göndərilən silahlardan təyinatı üzrə istifadə etmədiyini bildirib: "Bu, çox qəribədir, anlaya bilmirəm. Amerikalılar YPG-ni dayandırmalıdırlar. Kürdlər ABŞ-dan dəstək alan Şimal Fırtınası, Mücahid Ordusu və Dəməşqlilər Cəbhəsi ilə döyüşür". Adını açıqlamayan türkiyəli səlahiyyətli isə YPG-nin pul qarşılığında ABŞ-ın dəstək verdiyi silahlı qruplaşmalardan torpaq aldığını iddia edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00