Almaniya və Fransanın xarici işlər nazirləri Ukraynaya gediblər

Almaniyanın xarici işlər naziri Frank Volter Ştaynmayer və Fransanın xarici işlər naziri Jan Mark Eyro Ukraynaya səfər ediblər. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, onlar səfərdən öncə Berlin hava limanında mətbuat konfransı keçiriblər. Fransalı nazir bildirib ki, səfərin məqsədi Ukraynadakı münaqişənin həlli ilə bağlı müzakirə aparmaqdır: "Bu səfər çox vacibdir. Məqsəd Avropa İttifaqı ilə qonşuluqda olan ən çətin münaqişələrdən birinin - Ukraynadakı münaqişənin həll yolunu tapmaqdır". Kiyevdə Ukrayna rəhbərliyi ilə keçiriləcək görüşlərdə Donbas münaqişəsinin həlli üzrə Minsk razılaşmalarının yerinə yetirilməsi müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00