Bu məzarlığa turistlər axışırlar
22 Fevral 2016 16:53 DünyaVyetnamın qədimlərdə paytaxtı olmüş Hyuenin yaxınlığındakı kiçik balıqçı kəndi An Benq indi on minlərlə turistin axışdığı məkana çevrilib. Kəndin kənarında, qədimlərdə Vyetinam İmperiyası dönəmində məbədlərin yerləşdiyi yer indi "Ruhlar şəhəri" adlandırılır. Səbəb burada məzarlığın olmasıdır. Özü də çox dəbdəbəli bir məzarlığın. Milli.Az Daily Mail-əı istinadən bildirir ki, kənd sakinləri ailə üzvlərini və qohumlarını burada dəfn etməklə kifayətlənmir, məzarları həddən ziyadə dəbdəbəli şəkildə süsləyirlər. Kənd sakinlərinin əksəriyyətinin ABŞ-da yaşayan varlı qohumları olduğundan buddist, qotika, xristianlıq və hinduizm stilindəki məzarlar arasında "ən ucuz"u 70 min dollara başa gəlib. Turistləri də An Benqə cəlb edən elə bu dəbdəbəli məzarlardır.