44 yaşlı aktrisa hamilədir

Aktrisa Kameron Diazın hamilə olması haqqında iddialar yayılıb. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ayın əvvəlindən bu haqda şayiələr yayılsa da, media bu barədə qəti nəsə demirdi. Lakin aktrisanın son görüntüsü onun və həyat yoldaşı Benci Meddenin tezliklə valideyn olacağı söz-söhbətlərini artırıb.

Qarnındakı şişkinliyi gizlətməyə çalışan 44 yaşlı aktrisa hətta bütün çəkilişlərdən imtina edib. Digər iddialara görə isə, Kameron Diaz hələ hamilə olmasa da, süni mayalanma prosesinə hazırlaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00