Türkiyə Suriyada döyüşməkdən imtina etdi
22 Fevral 2016 16:08 DünyaTürkiyə Suriyada yerüstü əməliyyatlarda iştirak etmək barədə düşünmür. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Suriyada yerüstü əməliyyatın keçirilməsinə dair məsələ Türkiyə hökümətinin gündəmində deyil: "Bütün hallarda Suriyada istənilən yerüstü əməliyyatda koalisiyanın bütün üzvləri işitrak etməlidirlər".
Qeyd edək ki, bundan öncə rəsmi Ankarının BMT-dəki rəsmisi Hadit Çevik Türkiyənin Suriyaya təkbaşına qoşun yeritməyəcəyini bildirmişdi. O, qeyd etmişdi ki, Ankara Suriya ərazisində yerüstü əməliyyatlara yalnız beynəlxalq koalisiyanın və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq sanksiyaları əsasında başlayacaq. AzVision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00