Ankara uzun müddət buna seyrçi qalmayacaq
22 Fevral 2016 15:17 Dünya"Rusiyada hakimiyyət dairələrinin, şovinist deputatların və mediasının anlamadığı həqiqət var. Əgər Kreml terrorçu kürd qruplaşmalara silah ötürməklə Türkiyənin problemlərini artacağını düşünürsə, Ankara uzun müddət buna seyrçi qalmayacaq". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. Bildirib ki, Ankara da Rusiyaya müxtəlif istiqamətlərdən problemler yaratmaq haqqında düşünəcək və əlində olan mexanizmləri hərəkətə gətirəcək: "Bu özünü Krımdan tutmuş Cənubi Qafqaza qədər uzun perimetr boyu göstərə bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00