Ankaradakı terror aktına görə 14 nəfər həbs olundu

Türkiyənin paytaxtı Ankara şəhərində baş verən terror hadisəsi ilə bağlı aparılan istintaq çərçivəsində 14 nəfər həbs olunub. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədən dərhal sonra keçirilən əməliyyat zamanı saxlanılan 21 nəfərdən 7-si azadlığa buraxılıb. Məhkəmə 14 nəfərin həbs olunmasına qərar verib. Onlar "silahlı terror təşkilatına kömək etmək", "rəsmi sənədlərdə saxtakarlıq" maddələri ilə təqsirli bilinib.

Qeyd edək ki, Ankarada fevralın 17-də baş verən terrorda 28 nəfər həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00