Türkiyəni Pakistana çevrimək ssenarisi həyata keçirilir

Ankarada ən strateji yerdə 28 hərbiçinin şəhid olması, 60-dan çox insanın yaralanması ilə nəticələnən terrorun törədilməsi, daxili təhlükəsizliyin ən əsası yüksək rütbəli hərbiçələrin mühafizəsində ciddi nöqsanlara yol verilməsinin göstəricisidi. Belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə "OLAYLAR"-a bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin yerləşdiyi Baş qərargah və TBMM yaxınlığnda terrorçuların rahat hərəkət etməsi ciddiyə alınmalıdır: "Dövləti qəlbindən vurmaq istəyən terrorçular daha da rahatlaşıb. Belə bir terror baş verməyə də bilərdi. Çünki əvvəllər yüksək rütbəli hərbiçələr Baş Qərargahdan çıxanda təhlükəsizlik üçün yollar bağlanır, ən əsası konvoyu silahlı hərbiçələr müşayət edirdi. Ona görə də terrorçular strateji məntəqələrə yaxınlaşa bilmirdilər". Politoloq deyib ki, Suriyanı ikinci Əfqanistana, Türkiyəni isə Pakistana çevrimək ssenarisi artıq həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00