İrandan ŞOK açıqlama: "Rusiya Yəmənə girəcək"
22 Fevral 2016 12:03 DünyaRusiya Suriyadan sonra Ər-Riyad və Tehran arasında müharibə meydanına çevrilən Yəmənə girməyə hazırlaşır. Axar.az bildirir ki, bu barədə İran dini lideri Xameneinin məsləhətçisi Əli Əkbər Velayəti "Ərəbiyyə" telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, İran-Rusiya tandeminin planında Livan da var:
"İran və Rusiya arasında bu vaxta qədər görünməmiş bir əməkdaşlıq var. Bu əməkdaşlıq yalnız Suriya ilə məhdudlaşmayacaq. İraq, Livan və Yəməndə də davam edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00