Türkiyə intiqam alır - `Fırtına` kürdləri bombalayır
22 Fevral 2016 10:15 DünyaTürkiyə silahlı qüvvələri Kilis sərhədindən PKK terror təşkilatının Suriya qolu olan YPG-ni yenidən bombalayıb.AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, kürd yaraqlılarına "Fırtına" raket atan silahı və tanklar vasitəsi ilə zərbələr endirilir.Bombardıman nəticəsində Minnağ hava limanı və Tel Rifat bölgəsindəki YPG mövqeləri darmadağın edilib. Hücumların hazırda davam etdiyi bildirilir.Türkiyənin YPG-ni bombalaması Ankara terrorunun intiqamı kimi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00