Suriyanın Homs şəhərində törədilən terror aktlarında 46 nəfər ölüb, 115 nəfər yaralanıb

Suriyanın Homs şəhərində ard-arda terror aktları törədilib.APA-nın "Reuters"-ə istinadən verdiyi məlumata görə, terror nəticəsində 46 nəfər ölüb, 115 nəfər yaralanıb.SANA agentliyi xəbər verir ki, Homsun mərkəzində yerləşən Əz-Zəhra məhəlləsinin Sittin küçəsində iki partlayış törədilib.Partlayışların terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir.Terror aktına görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00