Tunisdə fövqəladə vəziyyət bir ay uzadıldı
22 Fevral 2016 06:07 DünyaTunis prezidenti Beji Kaid Əs-Səbsi ölkə ərazisində fövqəladə vəziyyəti bir ay daha uzadıb.
Musavat.com xəbər veir ki, bu barədə prezident özünün facebook səhifəsində yazıb. O, qeyd edib ki, baş nazir və parlament sədri ilə məsləhətləşdikdən sonra 22 fevral 2016-cı ildən başlayaraq fövqəladə vəziyyəti daha bir ay müddətinə uzatmaq barədə qərar verib.
Qeyd edək ki, ötən ilin noyabrında baş verən hücumdan sonra, dekabrın sonundan ölkədə iki ay müddətində fövqəladə vəziyyət elan olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00