İki diplomat bombardman zamanı həlak oldu
20 Fevral 2016 15:55 DünyaSerbiyanın Tripolidəki səfirliyinin iki əməkdaşı ABŞ Hərbi Hava Qüvvələrinin çümə günü "İslam Dövləti" (İŞİD) terror təşkilatının Liviyadaki düşərgəsinə hava üzərindən vurduğu zərbələr nəticəsində həlak olublar.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri İvitsa Daçiç bəyan edib.
O təəssüflə bildirib ki, hava zərbəsi nəticəsində bir sıra xarici vətəndaş həlak olub: "Onların sırasında bizim səfirliyimizin iki əməkdaşı da var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00