Türkiyə ABŞ təyyarələrini hərbi bazasından çıxarır

İncirlik hərbi bazası ABŞ  hərbi təyyarələrinin  üzünə bağlana bilər. Avropa.info bildirir ki, belə bir açıqlama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Şərəf  Malkoç çıxış edib. Baş müşavir bunu ABŞ-ln PKK-nın Suriya qolu PYD/YPG-ni terror təşkilatı kimi tanımaması ilə əlaqələndirib.

"İslam coğrafiyasını və Osmanlını parçalamağı qarşısına məqsəd qoyan Birinci Dünya Müharibəsi, əslində, hələ də davam edir. Növbəti mərhələdə isə  kürdləri bölüb parçalamaq  planlaşdırılır. Bu işin içində Rusiya da, İran da var. Təssüf ki, dost bildiyimiz dövlətlər də var. Bizə dost olması lazım olanlar düşmənçilik edirsə, onun tədbirini də görürük. Təkcə Amerikaya qarşı deyil, Türkiyə əleyhinə fəaliyyət göstərən istənilən dövlət haqqında tədbirimizi görürük. Təkcə İncirlik deyil, Türkiyənin təzyiq rıçaqları çoxdur. ABŞ Suriyada Türkiyə əleyhinə Rusiya ilə birgə hərəkət edir. Bunun izahı varmı? Türkiyə haqlıdır və bu haqlılığını dünyada hər yerdə söyləyəcək", - deyə Malkoç qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00