Moskvada söküləcək ticarət mərkəzini aldadıb azərbaycanlıya satıblar

Mosvkada bir sıra ticarət mərkəzlərinin sökülməsi məsələsi orada bizneslə məşğul olan həmvətənlilərimizə də birbaşa təsir edib. Gün.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva meriyası Azərbaycan vətəndaşı Ramin Sultanlının aldığı ticarət mərkəzinin alqı-satqı baş tutandan bir neçə gün sonra sökülməsi qərarını qəbul edib. Tverskaya meydanında 90-cə illərdə tikilmiş "Piramida" ticarət mərkəzi bu il fevralın əvvəlində Ramin Sultanlı tərəfindən alınıb. Mosvka meriyasının qərarına əsasən isə, fevralın 22-ə qədər ticarət mərkəzinin sahibi könüllü olaraq tikilini sökməlidir. "Piramida" ticarət mərkəzi Moskvanın mərkəzində sökülməsi nəzərdə tutulan ən bahalı obyektdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00