Erməni zabit 4 əsgəri zorlayıb

Ermənistan Silahlı Qüvvələrinin 33 yaşlı zabitinin məhkəmə prosesi başa çatıb. O, 4 əsgərə təcavüz etməkdə suçlanır. Milli.Az 1in.am-a istinadən bildirir ki, proses Sünik vilayət məhkəməsində olub. Hakim David Qriqoryanın sədrlik etdiyi məhkəmə iclasında açıqlanmış ittihamnaməyə görə, kapitan B.Avakyan ilk "qurban"ını 2014-cü ilin iyunun 27-də zorlayıb. O, iş otağına çağırdığı əsgərə təcavüz edib. Daha sonra isə o, 2014-cü ilin iyulun 12-də həmin əsgəri yenidən zorlayıb. 2014-cü ilin noyabrın 2-də kapitan B.Avakyan digər əsgərə təcavüz edib. Həmin ilin noyabrın 14-18-də əxlaqsız kapitan daha 2 əsgəri zorlayıb. Məhkəmə kapitan B.Avakyanın təcavüz etdiyi 4 əsgərin ad və soyadları açıqlanmayıb. Bu əxlaqsız zabitin bir neçə orden və medalı varmış. Məhkəmənin qərarı ilə o, 5 il müddətinə azadlıqdan məhrum olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00