Nəsli tükənməkdə olan delfin "selfie" qurbanı oldu

Dənizdən çıxarılan "Franciscan" delfinini turistlər əldən-ələ gəzdiriblər. Həddindən artıq istidə və susuz qalan heyvan isə faciəvi şəkildə can verib. Bizimyol.info bildirir ki, ötən həftə baş verən hadisə Hernan Coria adlı Facebook istifadəçisinin çəkdiyi şəkilləri paylaşması ilə ortaya çıxıb. Argentina, Uruqvay və Braziliya sahillərində yaşayan "La Plata", ya da digər adıyla "Franciscan" cinsi olan delfinlər nəsli tükənməkdə olan canlılardır.Heyvan haqları təşkilatı "PETA" hadisəyə açıqlama gətirib. "Bu delfin növü, bədən istiliyini çox qalın və yağlı dərisi vasitəsilə qoruyur. Turistlər "selfie" çəkmək üçün bala delfinin həyatını heçə sayıblar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00