Ermənistanın müdafiə naziri istefa verə bilər

Ermənistan Müdafiə Nazirliyində keçirilən yoxlama nazir Seyran Ohanyanın istefası ilə nəticələnə bilər.  Bu haqda Ermənistan KİV-i məlumat yayıb. Məlumata görə, Müdafiə Nazirliyində bir həftədir yoxlama aparılır. Nazir Seyran Ohanyanın ailə üzvləri, yaxınları və nazirliyin başqa məsul işçiləri yoxlama aparan məmurları "dilə tutur", onlardan qanun pozuntularına göz yummalarını istəyirlər. "Transparency International"ın Antikorrupsiya Mərkəzinin bu yaxınlarda yaydığı hesabatda bildirilib: "Müdafiə naziri və nazirliyin ayrı-ayrı əməkdaşları maliyyə fəaliyyəti şəffaf olmayan bir sıra ticarət mərkəzlərinin sahibidir, yaxud aksiyalarda payları var".  Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00