Bu "mama Roza" erməni qadınları satır
19 Fevral 2016 14:22 Dünya"Tanış olun, bu qadın "mama Roza"lıq edir, Ermənistanda qadınları şirnikdirir, onlara min vəd verir, sonra da Türkiyəyə apararaq fahişəliyə vadar edir. Bu qadın Batakan Hayvazyandır". Politik.am bildirir ki, Batakan Hayvazyanda Ermənistanın 4 pasportu var və hər pasport müxtəlif adamların adınadır.
İnsan alverinə qarşı mübarizə məsələləri üzrə ekspert Sarkis Aspanyanın dediyinə görə, B.Hayvazyan əsasən Ermənistanın Vanadzor, Şirak rayonlarında "ova çıxır".
"Bu qadının ev ünvanını, mobil telefonunun nömrəsini bilirəm. Batakan İstanbulda da çox "məşhur"dur, qadın alverçisi kimi tanınır. Son vaxtlar Razdan şəhərinə dadanıb. Türkiyədəki ermənilər onun son vaxtlar apardığı üç qızı görəndə deyiblər ki, "nə qədər istəyirsən, pul veririk, bu qızları qaytar Ermənistana". Amma Batakan o zavallıları satıb, fahişəxanalara paylayıb", - S.Aspanyan deyib.