Ukrayna ciddi siyasi böhran astanasında

Paşa Məmmədov: “Ukrayna siyasi arenasında layiqli yerimizi tutmalıyıq və bunu bizim yerimizə heç kim edməyəcək”

Hakimiyyət çevrilişi və Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra Ukraynada yaranmış siyasi və iqtisadi böhranı aradan qaldırmaq mümkün olmur. Hər ötən gün siyasi gərginliyin artdığı, iqtisadi sahədə isə geriləmənin qeydə alındığı Ukrayna bu gün həqiqətən ciddi böhran dövrünü yaşayır. Müntəzəm olaraq Ukrayna Radasında millət vəkilləri arasında baş verən əlbəyaxa dava-dalaşların fonunda bunu aydın görmək mümkündür. Ukraynanın ciddi siyasi və iqtisadi böhran astanasında olduğu bu ölkədə yaşayan azərbaycanlılar, diaspor təşkilatları tərəfindən də etiraf edilir və yaranmış vəziyyətdə soydaşlarımızın daha diqqətli olması tövsiyyə olunur.

Ukraynadakı Qafqaz Xalqlarının Konqresinin sədri Paşa Məmmədov da bu qənaətdədir. O, bildirib ki, Ukraynada siyasi böhran daha da dərinləşir. Paşa Məmmədovun sözlərinə görə, Ukraynada hökümətin istefa verməsi ilə ya yeni koalisiya yaradıla, ya da Radanın buraxılması nəticəsində yenidən Parlament seçkiləri keçirilə bilər: "Baş vermiş siyasi böhrandan başqa çıxış yolu görünmür. Yuliya Temoşenkonun rəhbərlik etdiyi "Batkivşina" və Oleq Lyaşkonun rəhbərlik etdiyi "Radikalnaya Partiya"nın koalisiyanı tərk etmələri qərarları təstiqlənib. Artıq "Samapomoş" rəhbərliyi də koalisiyanı tərk etmələri haqda qərar verib. Bununla da koalisiya Parlamentdəki çoxluğu itirmiş olur". Paşa Məmmədov bildirib ki, bir ay ərzində yeni koalisiya yaradılmalıdır. Ancaq Yatsenyuk höküməti istefaya getmədən də bu inandırıcı görünmür: "Əgər yeni koalisiya yaradılmasa, o zaman Prezident Ali Radanı buraxmalı olacaq və yeni Parlament seçkilərinə start veriləcək". Konqres sədri Ukrayna azərbaycanlılarının bu proseslərdə diqqətli olmalarını vacib sayıb: " Bu bizə nə ücün maraqlı olmalıdır?! Birincisi, Ukrayna bizim strateji müttəfiqimizdir və ən əsası da, Ukraynada olan Azərbaycan diasporu dünyada ikinci böyük Azərbaycan diasporudur. Bundan əlavə Azərbaycan diasporu sayına görə Ukrayna üzrə ən böyük milli azlıqlardan biridir. Belə olan halda Ukraynanın siyasi həyatından kənar qalmağımız böyük səhv ola bilər. Bu günə qədər ayrı-ayrılıqda Azərbaycan diaspor təşkilatlarının Ukrayna siyasi arenasında hər hansısa bir rol oynamaları cəhdləri ugurla nəticələnməyib. Məhz buna görə də Ukraynada Azərbaycan diaspor rəhbərləri şəxsi ambisiyalarını bir kənara qoyaraq, ümumi nəticə naminə öz imkanlarını səfərbər edib birləşməlidirlər. Siyasi hərəkat yaratmalı və ya hansısa bir siyasi partiya ilə birgə fəaliyyət göstərməsi sazişinə rəsmi şəkildə nail olmalıdırlar. Ukraynada Azərbaycan səfirinin yarım ildən artıqdır ki, olmamasını və səfirliyimizin bu dövrdə fəaliyyətinin sıfır səviyyəsində

olmasını nəzərə alaraq, Ukraynada Azərbaycan diaspor rəhbərləri və fəallarının birgə məsləhətləşmələr aparması, siyasi fəallıq naminə birgə hərəkatın yaradılması zərürəti yaranıb. Öz növbəmdə və "Ukrayna Qafqaz Xalqları Konqresi" adından bəyan edirəm ki, birliyimiz naminə əlimizdən gələni əsirgəməyəcəyik və Ukrayna siyasi həyatında Azərbaycan lobbiçiliyinin yaradılması naminə bütün təklifləri qeyri-şərtsiz dəstəkləyəcəyik". Konqres sədri deyib ki, Ukraynada Azərbaycan diasporunun fəalarının və rəhbərlərinin birliyi olmadan, təklikdə heç bir nəaliyyət əldə edə bilməyəcək. Son iki il bunu sübut etdi ki, artıq bu iki ili itirmişik. Bu iki il ərzində Ukraynada baş tutmuş seçkilərdən və siyasi cərəyanlardan kənar qaldıq. Artıq Ukrayna siyasi arenasında layiqli yerimizi tutmalıyıq və bunu bizim yerimizə heç kim edməyəcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00