Mahsunun tələsik evlənmə səbəbi məlum oldu

Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış müğənnisi, prodüser, rejissor və aktyor Mahsun Kırmızıgül vəkil sevgilisi Ece Binay ilə evlənib. Türkiyə mətbuatı bildirir ki, cütlüyün tələsik şəkildə evlənməsi haqqında iddialar səslənib. İddialara görə, Ece Binay 3 aylıq hamilədir. Onlar əkiz uşaq gözləyirlər. Hal-hazırda Amerikada olan cütlük tezliklə Türkiyəyə qayıdacaq.

Qeyd edək ki, Mahsun 23 il sonra yenidən ata olmaq həyəcanını yaşayacaq. Hal-hazırda onun Mahmud adlı bir oğlu var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00