Katoliklər və provaslavlar arasında gizli xaç anlaşması nəyə hesablanıb?
Xəzri Abdullayev: “Kürdü türkə düşmən etməklə Türkiyəni içdən dağıtmaq istəyirlər”
19 Fevral 2016 12:20 DünyaTürkiyə yenə qanlı terror aksiyaları ilə qarşı-qarşıyadır. Bir müddət əvvəl İstanbulda həyata keçirilən terrorun vurduğu zərbənin təsirini tam aradan qaldırmadan qardaş ölkə daha bir xain hücuma məruz qaldı. Belə ki, terrorçular bir qədər də irəli gedərək paytaxt Ankarada öz məkrli planlarını həyata keçirdilər. Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinə qarşı həyata keçirilən terror aktı nəticəsində 30 nəfər həlak oldu, onlarla hərbiçi müxtəlif dərəcəli xəsarət aldı. Ankara terroru hər nə qədər təssüf və məyusluq yaratsa da, bir o qədər də Türkiyənin hüquq-mühafizə orqanlarının uğursuz fəaliyyətini ortaya qoydu. Belə ki, terrorun artıq Ankaraya gəlib çatması belə deməyə əsas verir. Yəni bu o deməkdir ki, terror xofu hər an, hər addımda var və təssüflər olsun ki, təhlükəsizlik orqanları bu qanlı hadisələrin önlənməsində acizdirlər. Bu çatışmamazlıq isə Türkiyəni tədricən qan gölünə çevirir. Ankara terrorunun YPG tərəfindən həyata keçirildiyi bəlli olsa da, lakin bu terrorun, ümumiyyətlə indiyə qədər Türkiyədə törədilən terraktların arxasında qardaş ölkənin siyasi və iqtisadi cəhətdən inkişafını istəməyən böyük güclərin durduğu şübhəsizdir.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Ukrayna nümayəndəliyinin rəhbəri Xəzri Abdullayev deyir ki, artıq Türkiyə qan gölünə çevrilir. Onun sözlərinə görə, Ankarada, Istanbulda, Diyarbəkirdə və digər yerlərdə terror aktları törədənlər Türkiyəni yox etməyi planlayırlar. Xəzri Abdullayev bildirib ki, tarixin nə olduğunu bilməyən dostlarımız isə görünənləri müzakirə edir: "Amma onlarin gördükləri tamamilə səhvdir. Belə ki, Birləşmiş Statlar-Rusiya, Vatikan -Moskva arasında Türkiyəyə qarşı birlik göstərmək üzrə qərar qəbul edilib. Bir neçə gün əvvəl katoliklər və provaslavlar arasında gizli xaç anlaşması imzalanıb. Vladimir Putin, Barak Obama arasında telefon danışığı oldu. Hələ də hamı PYD, PKK, erməni, kürd, ISID və s Türkün düşmənidir deyir. Bu saydıqlarım kimlərdir axı türkə rəqib olsunlar. Ərəbi ərəb, kürdü kürd, ermənini erməni edən türk (Osmanlı) mədəniyyəti, Osmanlı imperiyası olub. Bunlar sadəcə şahmat fiqurlarıdır. Onları kənarda oturub yönləndirənlər ən əsas Turk düşmənləridir. Türkdən Birləşmiş Statlar, Rusiya və digər xaçpərəst ölkələr qorxur. Qorxurlar ki, bu gün Türkiyə ikinci Osmanlı ideyasına düşüb". Xəzri Abdullayevin sözlərinə görə, bu gün Rəcəb Tayyib Ərdoğanı təhqir edənlər anlamırlar ki, Atatürkün, Ismet İnönun dünya gücləri ilə bağladığı iqtisadi, hərbi və siyasi asılılıq müqavilələri sona çatır. Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müqaviləni yeniləməkdən imtina edib: "Nədən? Çünki yeni Türkiyə qurmaq üçün. Bəs bu nəyə lazımdır?". Xəzri Abdullayev bildirib ki, Türkiyənin öz avtomobili,
öz hərbi sənayesi, öz sərnişin təyyarəsi, nüvə silahina sahib olması üçün bu müqavilələri imzalamamalıdır: "Bu zamana kimi Rusiya ASALA, Birləşmiş Ştatlar və digər Avropa ölkələri də PKK vasitəsilə türk bilim adamlarını, hərbi sənaye işçilərini oldürüblər. Türkiyə səsini belə çıxara bilmədi. Çünki müqavilə vardı. Türkiyə heç bir şey istehsal edə bilməzdi. Gizli gördüyü işləri də MIT-də olan Mossad, SIA və rus kəşfiyyatı bilirdi". Assosiasiya rəsmisinin sözlərinə görə, bu zamana qədər Türkiyə tarixinə bələd olanlar bilir ki, Türk xarici kəşfiyyatı olmayıb: "Daha doğrusu rəsmi formada qadağan edilib. MIT-i yenidən təşkilatlandıran türklər hələ də bunu edə bilmirlər. Çünki sıfırdan təşkilat yaratmaq, özü də təhlükəsizliklə bağlı təşkilat qurmaq o qədər də asan deyil. Bu günləri Türkiyə ayaqda qala bilsə, Allah türkə yardım etsə, hər kəs, bütün dunya türklərin olacaq. Onu da etiraf etmək lazımdır ki, bilmədiyimiz çox şeylər var. O ki, qaldı kürdlərə, Çanakkala savaşında, türklərlə bir sırada durub, ermənilərdən fərqli olaraq arxadan zərbə vurmayıblar. Osmanlı imperiyası kürd-türk milləti ilə basılmaz, qarşısı alınmaz olub. Bu gün kürdü türkə düşmən etməklə Türkiyəni içdən dağıtmaq istəyirlər. Xaçlıların sanki marağında idi ki, kürd dövləti qurulucaq ya yox".
Kamal