7 ölkənin QHT-ləri Türkiyədə bir araya gəlir
19 Fevral 2016 11:57 Dünya7 ölkənin qeyri-hökumət təşkilatlarının nümayəndələri Türkiyədə bir araya gələcək. Bu barədə "OLAYLAR"-a məlumat verən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy deyib ki, görüş İzmirdə baş tutacaq: "İşğala, terrora və erməni yalanlarına qarşı beynəlxalq forumun təşkilatçılığı ilə keçiriləcək görüşdə Türkiyə, Azərbaycan, Gürcüstan, İran, Bolqarıstan, Əfqanıstan və Tatarıstan QHT-ləri iştirak edəcək. Tədbirdə forumun qarşısında duran vəzifələr, Xocalı soyqırımı ərəfəsində keçiriləcək tədbirlər və s. barədə danışılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00