Nazir: "TAP İtaliya ilə Yunanıstanın əlaqələrini möhkəmləndirəcək"

"Azərbaycan qazını Türkiyə və Yunanıstan üzərindən İtaliyaya nəql olunmasını nəzərdə tutan Trans-Adriatik Boru Xətti (TAP) kəməri Yunanıstanla İtaliya arasında əlaqələri möhkəmləndirəcək. "APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Paolo Centiloni Afinada yunanıstanlı həmkarı Nikos Kotzias ilə görüşü zamanı bildirib. İtaliyalı nazirin sözlərinə görə, yaxın həftələr ərzində TAP-ın tikintisinə başlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00