ABŞ Türkiyəni zərbələrini daha çox İŞİD-in mövqelərinə yönəltməyə çağırıb

ABŞ Dövlət Departamenti yenidən Türkiyəni zərbələrini daha çox İŞİD silahlılarının  mövqelərinə yönəltməyə çağırıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, belə bir çağırışla ABŞ  Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi çıxış edib. "Biz Türkiyəni zərbələrini daha çox ümumi düşmənimiz olan İŞİD-in mövqelərinə yönəltməyə çağırırıq", - deyə Kirbi bildirib. Con Kirbi  ABŞ-ın  Türkiyənin ərazisini və xalqını terrorçuların hücumlarından qorumaq hüququnu dəstəklədiyini bildirib, lakin bu dəfə də Suriyadakı YPG kürd silahlılarını terrorçu adlandırmayıb.Kirbi  "ABŞ-ın kürdlərin Suriyada nəzarət etdiyi ərazilərin genişlənməsindən narahat olduğunu" bildirərək, onları dayanmağa çağırıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00