Putin adminisrasiyasının binasında bomba axtarışı
19 Fevral 2016 10:04 DünyaRusiya prezidenti Vladimir Putinin administrasiyasında bu dəqiqələrdə axtarış aparılır.Virtualaz.org "İnterfaks"a istinadən bildirir ki, bu, administrasiya binasında partlayıcı qurğunun olması ilə bağlı xəbərdarlıqla əlaqədardır.Məlumata görə, hadisə yerinə müvafiq qurumların, o cümlədən FTX-nın əməkdaşları gəliblər.Hələlik bu məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.Bununla belə, saytın hadisə yerində olan müxbiri bildirib ki, orada həqiqətən də müxtəlif qurumların çoxlu əməkdaşları və maşınları var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00