"Domodedovo" aeroportunun sahibi saxlanıldı
19 Fevral 2016 07:03 DünyaRusiyanın İstintaq Komitəsi "Domodedovo" aeroportunun faktiki sahibi Dmitri Kamenşikə qarşı 2011-ci ilin yanvarında terror aktına gətirib çıxaran qanun pozuntularına dair iş üzrə ittiham irəli sürüb.
"Report" xəbər verir ki, bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib.
Onun saxlanıldığı və hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxıldığı bildirilir.
Hava limanının gözləmə zalında terror aktı 2011-ci il 24 yanvar tarixində baş verib. Kamikadzenin əldəqayırma partlayıcı qurğunu işə salması nəticəsində 37 nəfər ölüb, 172 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00