Məşhur aktyor həbs olundu
18 Fevral 2016 17:06 DünyaLefkoşa Ercan Hava Limanında "Güllüş Show"un Əzizəsi, komediya aktyoru Fehmi Dalsaldı həbs olunub. "Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə müğənni Onur Akay tvitter səhifəsində məlumat yayıb. Xüsusi təlim görmüş itlərin xəbərdarlığından sonra Fehminin cibindın 2 qram narkotik maddə tapılıb. Həbs olunan və məhkəməyə çıxarılan Fehmi peşman olduğunu və utandığını söyləyib. Fehmi Dalsaldının daha 2 gün həbsdə qalacağı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00