Bu ölkədə yeni doğulan körpələr satılır

Bolqarıstanda yeni doğulan körpə ticarəti geniş vüsət almağa başlayıb. Gün.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa Birliyinə üzv olan ölkələr içində ən kasıbı olan Bolqarıstanda yeni doğulan uşaq satışı ilə məşğul olan insan tacirləri qrupları meydana çıxıb. Aylıq gəliri az olan insanlar yeni doğulan körpələrini insan tacirləri vasitəsilə 1700 - 3000 avro arasında dəyişən qiymətlərlə satır. Məlumata görə, körpələr daha çox Yunanıstandakı ailələrə satılır. Bildirilir ki, Bolqarıstanda bu "ticarət" 3-5 nəfərin nəzarətindədir. Onların ayda 5-6 körpə uşaq satdığı deyilir.

Qeyd edək ki, Bolqarıstanda son 5 ildə insan tacirlərinə qarşı aparılan əməliyyatlarda 16 nəfər həbs edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00