Rusiya 17,7 mlrd. manatlıq antiböhran planı hazırlayıb
18 Fevral 2016 16:10 DünyaRusiya antiböhran planına təxminən 880 mlrd. rubl (17,7 mlrd. manat) xərc çəkəcək. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib. Xatırladaq ki, yanvarın 28-də A. Ulyukayev bildirib ki, antiböhran planı 750 mlrd. rubl (təxminən 15,1 mlrd. manat) xərc tələb edir. Sənədin yekun variantı fevralın 29-u baş nazirin birinci müavini İqor Şuvalova təqdim olunmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00