Rusiyanın BMT-dəki rəsmisi İŞİD-dəki Azərbaycan vətəndaşlarından danışdı
18 Fevral 2016 15:05 DünyaRusiyanın BMT-nin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Vitali Çurkin həmin Şuraya göndərdiyi məktubda Türkiyəni İŞİD-ə dəstək verən və onlara öz ərazisində təlim keçməyə imkan verən ölkə kimi tanımağı istəyib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məktubunda rusiyalı diplomat İŞİD üzvlərinin Antalyada geniş şəbəkə qurduqlarını və sıralarına yeni üzvlər cəlb etdiyini yazıb. "Əldə olunan məlumatlara görə, İŞİD Türkiyə xüsusi xidmət orqanlarının köməyi ilə Antalyada postsovet ölkələrindən gələn şəxsləri öz sıralarına cəlb etmək və gələcəkdə Rusiya ərazisinə göndərmək üçün şəbəkə qurub". Vitali Çurkin təşkilata üzvlər cəlb etməkdə Azərbaycan və Rusiya vətəndaşlarının fəal iştirak etdiyini yazıb. "Onların fəaliyyətinə Rusiya vətəndaşı olan Ruslan Xaybullov başçılıq edir". Sonda diplomat təkcə 2014-cü ilin sentyabrında Türkiyənin Qaziantep şəhərinə yaxın gömrük məntəqəsindən Suriyaya mindən artıq İŞİD könüllüsünün daxil olduğunu deyib.