Türkiyənin 7 əyalətində antiterror əməliyyatı keçirildi
18 Fevral 2016 14:55 DünyaTəhlükəsizlik orqanları Türkiyənin 7 əyalətində eyni vaxtda antiterror əməliyyatı keçiriblər. Report bildirir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. Məlumata görə, əməliyyatlar nəticəsində terrorçuluqda şübhəli bilinən 12 nəfər tutulub. Əməliyyatlar ölkənin Ankara, Adana, Bolu, Tekirdağ, İzmir, İstanbul və Diyarbəkir əyalətlərində keçirilib.
Qeyd edək ki, fevralın 17-də Ankaradakı terror nəticəsində 28 nəfər həyatını itirib, 61 nəfər isə yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00