Türkiyə Suriya sərhəddinin hava müdafiəsini gücləndirir

Türkiyə Silahlı Quvvələri birliklərinin Suriya sərhəddi yaxınlığında cəmləşməsi davam edir. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, hazırda sərhəd boyunca Hava -Hücumundan Müdafiə sistemləri yerləşdirilir. Xüsusilə sərhəddə KORKUT Hava Hücumundan Müdafiə sistemlərinin yerləşdirilməsinə önəm verilir.
Qeyd edək ki, toplarla təchiz edilən sistem 400 metrə yüksəklikdə uçan hər növ hava aparatlarını vurma gücünə sahibdir və təsirli silah sistemi sayılır. Əsasən bombardımançı təyyarələr və helikopterlər ilə mübarizə üçün nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00