PKK əvvəlkitək xarici dövlətlərin əlində alətdir
18 Fevral 2016 13:49 DünyaTerrorçular İstanbuldan sonra Ankaranı da vurdular. Ancaq onlar əvvəllər paytaxta bu qədərə yaxınlaşa bilməzdilər. Çünki Ankarada təhlükəsizlik tədbirləri daha üst səviyyədədir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, artıq terrorçular bu maneəni də aşmağa müvəffəq olublar: "Demək, terroru planlayanlar və onların arxasındakılar qarşılarına böyük hədəflər qoyublar. Baş nazir Əhməd Davudoğlu Brüsselə, prezident Rəcəb Təyyub Ərdoğan isə Azərbaycana səfərlərini təxirə saldılar". Elxan Şahinoğlu deyib ki, PKK əvvəlkitək xarici dövlətlərin əlində alətdir: "Terrorun Kandildə deyil, Suriya ərazisində planlaşdırıldığı məlum olarsa, Türkiyə ordusunun bu ölkəyə müdaxiləsi və ya ən azı silahlı kürdlərin ərazilərini daha intensiv şəkildə bombalaması aktuallaşacaq. Bəlkə də elə bu partlayışı törədənlərin və planlaşdıranların geosiyasi məqsədi Türkiyə-Rusiya toqquşmasını bir az daha yaxınlaşdırmaqdır. Bunu arzulayan iki qüvvə var: PKK, onun Suriyadakı törəmələri və İŞİD.