Türkiyə qarşıdakı mərhələdən də uğurla çıxacaq
Terrorun qaynağını məhv etmək üçün Suriya və İraqda bütün terrorist yuvalarını birdəfəlik zərərsizləşdirilməlidir
18 Fevral 2016 13:42 DünyaQərbin məharətlə hazırlayıb icra etdiyi plan tədricən işə yarayır. Belə ki, Ukrayna problemi və Krımın ilhaqından sonra bütün səylərini Rusiyanın iqtisadi cəhətdən çökdürülməsinə yönəldən Qərb artıq buna nail olmaq üzrədir. Xüsusilə, dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə Qərb Rusiya iqtisadiyyatına sarsıdıcı zərbə vurmağa müvəffəq oldu.
Bu güc mərkəzinin hədəfində olan digər bir ölkə isə Türkiyədir ki, Qərbin rəsmi Ankara ilə bağlı hazırladığı oyun da təssüflər olsun ki, hələlik birincinin üstünlüyü ilə davam edir. Türkiyəni Suriyadakı hərbi əməliyyatlara cəlb etməklə Ankaranı daxildə çoxsaylı problemlər, terror aktları ilə üzləşdirməyi qarşıya məqsəd qoyan Qərb artıq buan nail olub. Belə ki, Türkiyə son bir neçə ay ərzində qanlı terror aktlarının həyata keçirildiyi ölkəyə çevrilib. Bəs görəsən Qərbin qeyd edilən iki planı sona qədər işləyəcəkmi? Yaxud vəziyyətdən çıxış yolu nədədir?
Qərb-Rusiya qarşıdurmasına gəlincə Yeni Azərbaycan Partiyasının üzvü Cəlal İbrahimov hesab edir ki, birincinin Moskva barədə planı artıq reallaşmaq üzrədir və Rusiya yaxın zamanda iqtisadi cəhətdən iflasa uğrayacaq. Çünkü bu ölkənin dünya bazarına xam mallardan başqa satdığı bir məhsul yoxdur: "Rusiyanın nə istehsal etdiyinə, nə də rus valyutasına etibar eden dövlətlər var. Bu isə Rusiyanı yaxın bir zamanda iflasa uğradacaqdır. Bütün postsovet ölkələrində həyata keçirdiyi işğalçılıq fəaliyyətləri kifayət etməmiş kimi, indi də Suriyanı işğal etmək arzusuna düşüb. Rusiya və İran yaxın gələcəkdə dağılmağından qorxur. Əlbəttə ki, bu təbiidir. Çünkü həm Rusiya, həm də İran Türk xalqlarının torpaqlarını işğal etməklə bərabər onların haqllarını da əlindən alıb". Cəlal İbrahimovun sözlərinə görə, bu gün əsas etibarilə Türkiyəni həm zəiflətmək, həm də qardaş ölkəni içərisindən bölmək kimi məkrli siyasət həyata keçirilir: "Bu oyunbaz ölkələr öncə Türkiyə daxilində terror təşkilatlarına dəstək verirlər. Ancaq üzdə Türkiyəyə dost kimi görünməyə çalışırdılar. Ancaq gördülər ki, Türkiyə Cənub Şərqdə onların planlarını pozdu və terror qruplaşmalarını təmizləyərək öz siyasətini həyata keçirdi. Ona görə də ikinci planları olan Suriyadaki diqtə etdikləri terror təşkilatlarını işə salmağa başladılar". Cəlal İbrahimov Türkiyədə müntəzəm olaraq həyata keçirilən terror aksiyaları barədə də fikirlərini bildirib. O, qeyd edib ki, Türkiyə dövlətinin bu qədər güclənməsi, rəsmi Ankaraya qarşı siyasi oyunlarını dəyişməyən ölkələrin saxta, xain planlarını alt-üst edir: "Türkiyə cənab Rəcəb
Tayyib Ərdoğanın liderliyində çox mərhələlərdən alnı açıq çıxdi və inaniram ki, qarşıdakı mərhələdən də uğurla çıxacaq. Əlbəttə ki, Türkiyə daxilindəki son mərhələ Cənub Şərqdəki terroristlərin təmizlənməsi olmuşdur. Ancaq bəzi dövlətlər Türkiyənin bu addımını qəbul edə bilmədikləri üçün bu gün Suriya ərəzisindən Türkiyəyə müdaxilə edirlər". Hakim partiya təmsilçisinin sözlərinə görə, Türkiyə terrorun qaynağını məhv etmək üçün, son mərhələ olan Suriya və İraqda bütün terrorist yuvalarını birdəfəlik zərərsizləşdirməlidir: "Bu xarici quvvələr onsuz da Türkiyənin boğazına saxta Ermənistan sancaraq bir bufer dövlət qurublar. İndi də əyaqlarının altında bir saxta bufer dövlət qurmağa çalışırlar. Türkiyə yükəldikcə üzdə dost kimi görünənlərin xain olduqları üzə çıxır. Qurtuluş isə həmin xain gücləri zərərsizləşdirməkdən keçir. Hesab edirəm ki, Türkiyə nə edəcəyini çox gözəl bilir. Çünkü Yeni Türkiyə adından da bilindiyi kimi, eski Türkiyə deyil. Onların məkrli oyunları varsa, Türkün də səbri, ağılı, imanı, ən önəmlisi bütün məkrli planlardan qoruyan Tanrısı var. Ona görə də biz həmişə qalib gələcəyik. Çünki biz haqq, ədalət, insanlıq uğrunda savaşarıq. Ancaq qarşı tərəf isə yalnız haqqı yox etmək üçün mübarizə aparar. Haqqı yox etmək üçün mübazəyə atılanlar ürəklə savaşmazlar. Çünki onlar nə etdiklərini, hansı məqsəd, məram üçün mübarizə apardıqlarını bilməyən zavallı insanlardır. Ancaq türklər nə üçün savaşdıqlarını çox gözəl bilir. Türklər bayraq, vicdan, namus, Vətən, yeni qurtuluş dastanı yazmaq üçün mübarizə aparar və nəticədə də həmin mübarizədən qalib ayrılar".
Füzuli