Türkiyədə daha bir terakt: 6 şəhid

Milli.Az "Milliyet"ə istinadən bildirir ki, Diyarbəkirin Lice qəsəbəsində hərbi maşının partladılması nəticəsində 6 nəfər həlak olub, 1 nəfər yaralanıb.

***

Milli.Az "Habertürk"ə istinadən bildirir ki, Bakı vaxtı ilə saat 11:40-da Diyarbəkirin Lice qəsəbəsində hərbi maşının magistraldan keçidi əsnasında partlayış hadisəsi baş verib. Hadisə yola döşənilən minaların uzaqdan idarə edilərək partladılması nəticəsində törədilib. Terror nəticəsində 1 əsgər şəhid olub. Yaralılar xəstəxanaya aparılıblar.

***

Türkiyənin Diyarbəkir vilayətində hərbi maşınların keçidi zamanı partlayış hadisəsi baş verib.

Milli.Az "Habertürk"ə istinadən bildirir ki, partlayış nəticəsində yaralılar var.

Əraziyə təcili tibbi yardım maşınları cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00