Türkiyə Ankaradakı terrordan sonra PKK-nın İraqdakı mövqelərini bombalayıb

Fevralın 17-də axşam Türkiyənin paytaxtı Ankarada baş verən terror aktından sonra Türkiyə Hava Qüvvələrinə məxsus hərbi təyyarələr İraqın şimalında PKK-ya qarşı əməliyyat keçirib.  "Hürriyet"in verdiyi məlumata görə, Türkiyə hərbi təyyarələri İraqın şimalındakı Haftanin bölgəsindəki PKK mövqelərini bombalayıb. Əməliyyatda aralarında terror təşkilatının rəhbərliyinə daxil olan şəxslərin də olduğu 60-70 nəfərlik qrupun hədəf alındığı bildirilir.

Hələlik əməliyyatın nəticələri barədə məlumat yoxdur.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00