Ankarada partlayış törədən terrorçu-kamikadzenin kimliyi müəyyənləşib

Ankarada 28 nəfərin ölümü ilə nəticələnən partlayışı törədən terrorçu-kamikadzenin kimliyi məlum olub. APA-nın Türkiyənən "Sözcü" qəzaetinə istinadən verdiyi xəbərə görə, həmin şəxsin Suriya vətəndaşı Saleh Necar olduğu bildirilir. Kürd əsilli, PKK terror təşkilatının Suriya qanadı olan PYD/YPG birləşməsinin üzvü S. Necarın 1992-ci il təvəllüdlü olduğu deyilir. Hadisə yerindən onun parçalanmış meyiti tapılıb. Suriyalı qaçqınlarla birlikdə Türkiyəyə ötən ilin iyulunda gələn terrorçu ilə əlaqədə olduğu bildirilən iki nəfər saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00