Ankarada partlayış qurbanlarının arasında həmvətənlərimiz olub-olmaması məlum deyil

Hal-hazırda Azərbaycanın Türkiyədəki səfirliyinin Ankarada baş verən partlayış nəticəsində xəsarət alanlar arasında həmvətənlərimizin olub-olmaması barədə məlumat yoxdur. Milli.Az xəbər verir ki, bunu Trend-ə səfirlikdən bildiriblər.

Xatırladaq ki, fevralın 17-i axşam saatların Türkiyənin paytaxtı Ankara güclü partlayış baş verib. Hadisə nəticəsində 28 nəfərin öldüyü, 61 nəfər yaralandığı barədə məlumat verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00