MİT Türkiyədə terror aktları ehtimalı olduğunu bildirdi
18 Fevral 2016 07:54 DünyaTürkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) ölkədə yeni terror aktlarının törədilməsi ehtimalı barədə xəbərdarlıq edib.
Virtualaz.org Terkiyənin "Haber7" qəzetinə istinadən xəbər verir ki, bunu MİT-dəki mənbə bildirib.
Kəşfiyyatın məlumatına əsasən, PYD və PKK terror təşkilatlarının bəzi üzvləri Türkiyənin beynəlxalq hava limanlarında terror aktları törətməyə hazırlaşırlar. Bu məqsədlə PYD və PKK-nın 14 silahlısı Türkiyə ərazisinə daxil olub.
Qəzet yazır ki, terror aktları Türkiyənin Suriyada yaraqlıların mövqelərini atəşə tutmasına cavab olaraq hazırlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00