Ankarada terror aktını törətmiş kamikadzenin kimliyi açıqlandı
18 Fevral 2016 07:45 DünyaTürkiyənin kütləvi informasiya vasitələrində dünən axşam Ankarada dəhşətli terror aktını törətmiş şəxsin kimliyi açıqlanıb.
Virtualaz.org "Vatan" qəzetinə istinadən xəbər verir ki, partlayıcı vasitələrlə dolu avtomobilin sükanı arxasında PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin silahlı dəstələri - YPG-nin üzvü, Suriya vətəndaşı Salih Necar olub.
Avtomobildə özünü partlatmış və 28 nəfərin ölümünə, 60-dan çox insanın yaralanmasına səbəb olan şəxsin kimliyi hadisə yerindən tapılan cəsəd fraqmentlərinin analizi və barmaq izləri ilə müəyyənləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00