Şok: 3,6 dollara smartfon
17 Fevral 2016 18:54 DünyaHindistanın "Ringing Bells" şirkəti dünyanın ən ucuz smartfonunu istehsal etdiyini açıqlayıb. İKT.lent.az-ın "phonearena.com"a istinadən verdiyi məlumata görə, "Freedom 251" adlanan smartfonun qiyməti 251 rupi (3,6 ABŞ dolları) təşkil edəcək. Çox ucuz olmasına baxmayaraq, smartfonun texniki göstəriciləri elə də pis deyil. Belə ki, smartfon 4 düymlük displey, dördnüvəli prosessorla təchiz olunub, 1 Gb operativ yaddaşa, 8 Gb əsas yaddaşa malikdir. Cihaz microSD qəbul edə bilir, 3G şəbəkələrini dəstəkləyir və iki SİM-kart girişi var. Əsas kamera 3,2 meqapiksel, frontal kamera 03, meqapikseldir. Cihaz "Android 5.1" bazasında çalışır. Standart əlavələrdən başqa, smartfonda fermerlər, balıqçılar, həkimlər və qadınlar üçün xüsusi proqramlar da var. "Freedom 251" smartfonlarını əldə etmək üçün fevralın 18-dən ilkin sifarişlər qəbul olunacaq.