Türk ordusu Suriyaya girməyə hazırlaşır

Türkiyə Suriya ilə sərhədə 15 min əsgər yığıb. Türk mediası xəbər verir ki, Türkiyənin Baş qərargahı Suriya ilə sərhəd zolağına 15 min əsgər, minlərlə döyüş texnikası cəlb edib. Məlumata görə, qoşun Suriyada başlayacaq quru əməliyyatları üçün hazır vəziyyətə gətiriliblər.

Baş qəragahdan verilən açıqlamada ağır artilleriya, tank batareyaları, motoatıcı bölmələr əlləri tətikdə komandanlığın əmrini gözləyirlər. Havadan isə quru qoşunlarına Malatya, Diyarbakır, Kayseri və Adanadakı hərbi hava aerodromlarından qırıcı-bombardmançı təyyarələr dəstək verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00