Antonio Banderas İngiltərəyə köçür
Məşhur aktyor 3,1 milyon avroya aldığı villada yaşayacaq
17 Fevral 2016 18:48 DünyaHollivudun məşhur aktyoru Antonio Banderas cənubi İngiltərənin Surrey qraflığına köçür. "Report" xəbər verir ki, aktyor burada 3,1 milyon avro dəyərində olan villa alıb. Yeni villasında sevgilisi Nikol Kempellə yaşayacaq Antonio Banderas evinin sakit məkanda olmasından məmnun olduğunu deyib. Banderasın özü kimi məşhur qonşuları da var. İngiltərənin Surrey qraflığında onunla birlikdə villa alan məşhurlar Corc Kluni, Bred Pit və Ancelina Coli, Nikolas Keycdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00