"Oskar"a namizəd olan filmin rejissoru türk həmkarından oğurluq edib?
17 Fevral 2016 18:40 DünyaHollivudun lentə aldığı və məşhur aktyor Leonardo Di Kaprionun çəkildiyi "Diriliş" filmində mərhum türk rejissoru Yılmaz Güneyin "Yol" filmindən plagiat kadrlar aşkarlanıb. Türk mediası xəbər verir ki, bu il 12 nominasiyada "Oskar"a namizəd göstərilən filmdə Y.Güneyin "Yol" filmindən bəzi epizodları olduğu kimi lentə alınıb. Söhbət baş qəhrəmanların çovğunda, möhkəm qarda həyat uğrundakı mübarizələrini əks etdirən kadrlardan gedir. Hər ikisində əsas obrazlar atlarını öldürür və soyuqdan qorunmaq üçün onlardan istifadə edir. Lakin maraqlı fakt budur ki, Yılmaz Güney atın qarnına girmə kadrını qaranlıqda çəkmişdi, bu səbəbdən də onu montajda çıxarmışdı. Filmdəki əsas rollardan birinin ifaçısı Tarık Akan sonradan öz xatirələrində bundan bəhs etmişdi.