“Ukraynada oliqarx çevrilişi baş verdi” - Saakaşvili
17 Fevral 2016 16:29 DünyaOdessa qubernatoru Mixail Saakaşvili Ukrayna Ali Radasında dünən keçirilən səsverməyə facebook hesabında münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, Saakaşvilinin fikrincə, ölkədə "oliqarx çevrilişi" və ya "restavrasiya" baş verib. Qubernator "Petro Poroşenko Bloku"na müraciət edərək onu koalisiyadan çıxan "Batkivşina" və bunu yaxın günlər üçün planlaşdıran "Samopomoşi" fraksiyalarından nümunə götürməyə çağırıb. Saakaşvili bildirib ki, əgər Poroşenkonun bloku koalisiyada qalarsa, bu, Yatsenyuk hökumətinin istefası üçün səs verən deputatlarının da üzərinə kölgə salacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00